Bakı sakinini qətlə yetirmiş şəxs könüllü təslim olubbackend

Bakı sakinini qətlə yetirmiş şəxs könüllü təslim olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin saytının verdiyi xəbərə görə, iyunun 11-də Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Cəmaləddin Əliyevin evində qohumu, Maştağa qəsəbə sakini Elçin Qənbərov münaqişə zəminində ona odlu silahdan atəş açaraq xəsarət yetirib.

C.Əliyev xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

E.Qənbərov könüllü olaraq Sabunçu RPİ 14-cü PB-yə gələrək təslim olub və kustar üsulla hazırlanmış tapançanı təhvil verib. (musavat)

İnterpress.az