ABŞ polisi Orlando şəhərində \”Səs\” şousunun sabiq iştirakçısı Kristina Qrimmini güllələyən şəxsin kimliyini müəyyənləşdirib. Məlumata görə, 27 yaşlı Kevin Ceyms Loybl Florida ştatının Sankt-Peterburq şəhərindən olub. Bu haqda Orlando polisinin rəsmi \”Twitter\” səhifəsində deyilir. Daha əvvəl polisdən məlumat verilib ki, o Qrimmiyə hücum etmək üçün digər şəhərdən gəlib. Kevin Ceyms Loyblın üzərində 2 tapanca və bir ovçu bıcağı olub. Hücumçunun 22 yaşlı müğənni ilə tanış olmadığı bildirilir. Polisin məlumatına görə, o Kristina Qrimmiyə konsertdən sonra atəş açıb. Qətl müğənninin pərəstişkarlarına avtoqraf payladığı Plaza Live konsert zalında baş verib.
Qrimminin qardaşı hücüm edəni saxlamağa çalışıb, lakin qarşıdurma zamanı o özünə atəş açıb.
Müğənnin ağır vəziyyətdə yerli xəstəxanalardan birinə çatdırılsada, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Qrimmi \”Səs\” telemüsabiqəsində iştirakından sonra məşhurlaşıb. Onun digər müğənnilərin məşhur mahnılarını yenidən ifa etməsi videoları sosial şəbəkələrdə populyar idi. Bir sıra videoların baxış sayı milyondan keçib. (ans)
İnterpress.az