Premyer Liqa: “Neftçi” bu gün Şamaxıda, “Qəbələ” öz meydanında mübarizə aparacaqbackend

Premyer Liqa: “Neftçi” bu gün Şamaxıda, “Qəbələ” öz meydanında mübarizə aparacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misli Premyer Liqasında XXII turun daha iki oyunu bu gün keçiriləcək.

İnterpress.az xəbər verir ki, ilk olaraq “Neftçi” “Şamaxı”nın qonağı olacaq.

Şamaxı şəhər stadionundakı qarşılaşma saat 14:30-da start götürəcək. “Ağ-qaralar” 30 xalla 7-ci, bölgə təmsilçisi 25 xalla 8-ci pillədə qərarlaşıb.

Günün ikinci qarşılaşmasında “Qəbələ” “Karvan-Yevlax”ı sınağa çəkəcək. Qəbələ şəhər stadionundakı matç saat 17:00-da başlayacaq. Meydan sahibləri 15 xalla 11-ci, qonaqlar 6 xalla 12-ci sıradadır.