Türkiyədə HƏYƏCAN: “İncirlik” hərbi bazasına raket zərbələri ENDİRİLDİ – VİDEObackend

Türkiyədə HƏYƏCAN: “İncirlik” hərbi bazasına raket zərbələri ENDİRİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin “İncirlik” hərbi bazasına raket zərbələri endirilib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Türkiyənin Adana şəhərində yerləşən və ABŞ qüvvələri tərəfindən istifadə olunan “İncirlik” hərbi hava bazasına raket hücumlarının təşkil edildiyi bildirilir.

Məlumata görə, bazanın ərazisinə bir neçə raket zərbəsi endirilib.

Hadisə nəticəsində dəymiş ziyanın miqyası, eləcə də ölənlər və ya yaralılar barədə hələlik rəsmi məlumat verilmir.

Ərazidə yüksək dərəcəli təhlükəsizlik tədbirləri görülüb və hücumun hansı istiqamətdən həyata keçirildiyi araşdırılır.

Qeyd edək ki, bu hadisə Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir dövrdə baş verib.

Xuraman Etibarlı

İnterpress.az