“Space”dən İlham Mirzəyev ilə bağlı açıqlamabackend

“Space”dən İlham Mirzəyev ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Space\” telekanalının icraçı direktoru Kamil Şahverdiyev bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “İlham bəyin həbsxanadan çıxması barədə məlumatım var, lakin bizimlə əlaqə saxlamayıb. İnsandır, həbs həyatı yaşayıb, daha sonra azadlığa çıxıb. Bu məsələnin bizim üçün problem olacağını düşünmürəm. Bizə müraciət etsə, təklifinə baxılacaq. İndidən nə isə demək tezdir, digər mətbuat orqanları da bu məsələ ilə maraqlanır. Onlara da dedim ki, qoyun, İlham bəy evinə çatıb rahatlansın, bu məsələlərin müzakirə olunması isə sonranın işidir ”.

Qeyd edək ki, İ.Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub. İttihama əsasən, aparıcı direktoru olduğu \”İlhamed\” tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib. Lakin İ.Mirzəyev ittihamı rədd edir və deyilənlərin yalan olduğunu bildirir.

Nərimanov rayon məhkəməsi İ.Mirzəyevin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sonra Bakı Apelyasiya Məhkəməsi onun barəsində olan hökmü dəyişib və cəzanın müddəti 3 il 6 aya endirilib. (musavat)

İnterpress.az