Bomba axtaranlar gördüklərindən dəhşətə gəldilər-VİDEObackend

Bomba axtaranlar gördüklərindən dəhşətə gəldilər-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün axşam saatlarından başlayaraq \”Qanun\” nəşriyyatında bomba olması barədə anonim zənglə binaya gələn polis qüvvələri bu gün də axtarışı davam etdirdilər.
Qurduqları 3 postla nəzarəti daha da gücləndirən polislər sonda axtardıqları bombanı tapa bilməyib geri döndülər.

İnterpress.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, polislər bombanı çox ciddi şəkildə araşdırlar.
Guya dünən, “Qanun”un ofisindən kimsə polis şöbəsinə zəng edərək, bomba olduğunu xəbər verib.
Bu arada qeyd edək ki, “Qanun” artıq ikinci ildir ki, xalqı maarifləndirdiyi üçün bu fəaliyyət kimlərinsə ürəyincə deyil.
Məsələn ötən il “Qanun”un 300 min dollar vergi borcu olduğunu iddia edərək nəşriyyata qarşı başlanan vur-çatlasını xatırlasaq bu oyunların qəsdən və kiminsə ssenarisi əsasında qurulduğunun şahidi olarıq.

“Evlənmək istəyirəm” filmində bir epizod var. Hamıdan şübhələnən və bütün ömrü boyu heç kəsin evindən bomba tapmayan polisi milliyyətcə erməni olan rəisi gözümçıxdıya salır. Axır ki bir gün polis o bombanı tapır. Amma bu dəfə bomba əvəzinə kisələrdən qapız çıxır. “Qanun”da bomba axataranlar orada gördüklərindən dəhşətə gəldilər. Hətta irəli gedib, bəzi “şoksevər” saytların dili ilə desək qanları dondu. Onlar sadəcə olaraq kitabları tapmışdılar.

Bomba axtaranlar gördüklərindən dəhşətə gəldilər-VİDEO

Bomba axtaranlar gördüklərindən dəhşətə gəldilər-VİDEO

Bomba axtaranlar gördüklərindən dəhşətə gəldilər-VİDEO

Arzu Abdulla
İnterpress.az