ABŞ-ın Florida ştatında homoseksualların yığışdığı gecə klubunun atəşə tutulması nəticəsində ölü sayı 50-yə çatıb. Yaralananların isə 53 nəfər olduğu bildirilir. Bu barədə məbuata Orlando şəhərinin meri Baddi Dayera məlumat verib.
Artıq faciəni törədən şəxs öldürülüb. Onun 1986-cı il təvvəlüdlü Omar Martin olduğu deyilir. ABŞ mətbuatı Orlando şəhərində gecə klubuna hücum edən şəxsin fotolarını yayıb. Hazırda Omar Martin adlı şəxsin radikal dini qruplaşmalarla əlaqəsinin olub-olmaması araşdırılır.
Gecə saatlarında ABŞ-ın Florida ştatında gecə klubunda atışma qeydə alınıb. Orlando şəhərində gecə klubuna hücum edən şəxs bir neçə nəfəri girov götürüb.
Sosial mediada yayılan məlumatlara görə, hücum edən şəxs ətrafa atəş açıb. Hadisə nəticəsində ilkin ölü sayının 20 nəfər olduğu 40-dan çox şəxsin isə yaralandığı bildirilib. Hücum edən şəxsin üzərində partlayıcı qurğunun olduğu ehtimal edilir. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşınları gəlib. (ans)
Omar Martin-ABŞ-ın Florida ştatında gecə klubunu atəşə tutan şəxs
İnterpress.az