İsmayıllıda yağış suları rayonun kəndlərinə, xüsusən də təsərrüfat sahələrinə ciddi ziyan vurub.
Məlumatına görə, bu barədə rayon icra başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Səməd Kamilli bildirib. Onun sözlərinə görə, artıq bir neçə gündür davam edən şiddətli yağışlar rayonda vəziyyəti ağırlaşdırıb.
\”Yağış suları bəzi yerlərdə körpüləri tamamilə yuyub aparıb. İvanovka kəndinə gedən yol, Quşencə kəndi, Aşıqbayram kəndləri ciddi problemlərlə qarşılaşıb\”,- deyə icra başçısının müavini bildirib.
İsmayıllı rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Rövşən Ağayevin sözlərinə görə, hazırda əraziyə dəymiş zərər öyrənilir. Əsas ziyan isə Qaraməryəm-İsmayıllı-Şəki avtomagistral yolunun 8-ci km-dən 23-cü km-nə qədər yol təsərrüfatına dəyib.
Rövşən Ağayev bildirib ki,\”Balik, Aşıqbayram, Qarakolluq kəndlərindəki kənd içi körpüləri sel yuyub aparıb. Həmin kəndləri təchiz edən 35 kvoltluq tanker dayaq aşıb. Hazırda kəndlərin elektrik enerjisinin bərpa edilməsi istiqamətində iş gedir. Lakin bu gün həmin kəndlərin elektrik təchizatını etmək mümkün olamayacaq. 20-ə yaxın kəndi qazla təmin edən qaz xətlərini sel suları tamamilə yararsız hala salıb\”.
Rayonun baş memarı Vüsal Abdullayev isə əsasən Kürdmaşı kəndində böyük yarğanların əmələ gəldiyini, kəndin ortasında keçən arxın yağış sularından nəhəng kanyon yaradaraq körpülər və yollar üçün ciddi təhlükə yaratdığını qeyd edib.
\”Bu gün Oğuz-Qəbələ-Bakı su kəmərinin 66 km-də qəzalı vəziyyət yaranıb. Bir neçə gün də sel davam etsə, burada qəzalı vəziyyət yarana bilər\”,- deyə rayonun baş memarı bildirib.
FHN rayonun kəndlərinə texnikalar cəlb edilib və suyun məcrasının dəyişdirilməsi ilə bağlı müəyyən işlər görülür.
Rayon suvarma sistemləri idarəsi, \”Azərsu\” nümayəndəliyi, Qaz-istismar idarəsi rayondan bütün tikinti təşkilatları, bütün qurumlar səfərbər edilib və texnikaları sel sularının məcrasını yönəltmək üçün cəbl edilib.
Muğanlı-İsmayılı, təzə təmirdən çıxmış Şəki avtomagistral yoluna, Hapıtlı kəndinə ciddi ziyan dəyib. (ans)
İnterpress.az