Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, hadisə Suraxanı rayonunda baş verib.
Rayonda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağında ev əşyaları 10 kv.m sahədə yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb. (ölkəm.az)
İnterpress.az