Qətliam törədən şəxs mühafizə şirkətinin əməkdaşı olubbackend

Qətliam törədən şəxs mühafizə şirkətinin əməkdaşı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, baş ofisi Londonda yerləşən şirkətin ABŞ-da bir neçə nümayəndəliyi fəaliyyət göstərir.

Şirkət ABŞ Milli Təhlükəsizlik nazirliyinin podratçısıdır, 2012-ci ilə Londonda keçirilən Yay Olimpiya oyunlarının təhlükəsizliyini təmin edib.

29 yaşlı Ömər Mətin Nyu-Yorkda əfqan əsilli ailədə anadan olub. Onun iki dəfə evli olduğu bildirilir. İlk dəfə Ö.Mətin Özbəkistanda doğulmuş qadınla nigahda olub. 2009-cu ildə yenidən ailə quran O.Mətin iki il sonra həyat yoldaşından ayrılıb.

Xatırladaq ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb. (apa.az)

İnterpress.az