Reuters agentliyinin istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın vitse-prezidenti Co Bayden bəyan edib.
“Cinayətin şəxsi təşəbbüslə və yaxud sifarişlə həyata keçirilməsinə dair hələ ki, məlumatımız yoxdur”, deyə C.Bayden bildirib.
Qeyd edək ki, İŞİD terror qruplaşması ABŞ-ın Orlando şəhərində gecə klubuna hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Xatırladaq ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb. İnsanlara atəş açan Ömər Mətin polislə atışma zamanı öldürülüb. (apa.az)
İnterpress.az