ABŞ-dakı qətliama görə məsuliyyəti İŞİD öz üzərinə götürübbackend

ABŞ-dakı qətliama görə məsuliyyəti İŞİD öz üzərinə götürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xarici mətbuata istinadən yayadığı məlumata görə, avtomat silah və tapança ilə silahlanmış Ömər 300 nəfərin olduğu geyklubda əvvəl mühafizəçini vurub.

Mühafizəçi öldükdən sonra o, qabağına çıxan hər kəsi atəşə tutub. Nəticədə 53 nəfər ölüb, 50 nəfər isə yaralıdır. Onu yalnız 3 saatdan sonra, saat 5 radələrində bara girən xüsusi təyinatlı polis qrupu öldürüb, 30 nəfər girov isə xilas edilib. Artıq şəhərdə fövqəladə vəziyyət elan olunub.

Geykluba silahlı hücum edən Ömər Mateen 1987-ci ildə Əfqanıstanda dünyaya gəlib. Valideynləri 1980-ci illərdə ABŞ-a köçüb. 2007-ci ildən G4S mühafizə şirkətində çalışan Ö.Mateen İŞİD-a qarşı xüsusi hörməti ilə diqqəti cəlb edib.

Psixi problemləri olan Ömərin həyat yoldaşı onunla bir neçə ay birgə yaşamağa dözüb. Qadın Ömərin həddən ziyadə qəddar olduğunu bildirib və ondan ayrılıb.
Federal Təhqiqat Bürosu isə 2013-cü ildən bu yana Ömər Mətini 3 dəfə dindirib. Ancaq “ciddi təhdid yaratmadığı üçün” daha sonra nəzarətə alınmayıb. Mətinin silahı son bir həftədə əldə etməsi də gələn xəbərlərdə yer alır.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama hadisəni terror hücumu adlandırıb və ölkədə matəm elan olunub.

Hadisədən dərhal sonra İŞİD-ə məxsus “Amaq” saytı terror hücumunun təşkilatın üzvü tərəfindən törədildiyini bəyan edib. BBC xəbər verir ki, keçən ay İŞİD-in rəsmi sözçüsü Əbu Məhəmməd əl-Adnani “dünyadakı bütün müsəlmanları Qərbə hücum etməyə” çağırıb.

ABŞ-dakı qətliama görə məsuliyyəti İŞİD öz üzərinə götürüb

İnterpress.az