Eyvanlarını icarəyə verənlərdən vergi tutulacaq?backend

Eyvanlarını icarəyə verənlərdən vergi tutulacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın sorğusuna cavab olaraq Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, qanun təbii ki tələb edir gəlir əldə edən istənilən şəxs bundan vergi ödəməlidir. “Amma balkondan cüzi bir məbləğ qazanan vətəndaşları narahat etməyi düzgün hal hesab edilmir”.
İnterpress.az – olaraq bu mövzu ilə bağlı Bakı Şəhər Həlqəsi Əməliyyat Komitəsindən münasibət almışdıq. Bildirilmişdir ki, bu mövzuda sakinlərin işlərinə qarışa bilmərik, və qarışmayacağıqda.
Bundan başqa Bakı Şəhər Həlqəsi Əməliyyat Komitəsindən İnterpress.az-ın “Formula 1” yarışlarının keçiriləcəyi günlərdə ərazidə yaşayan sakinlərin öz evlərinin eyvanından baxmalarına görə 900 manat məbləğində cərimələnəcəklərinə dair sorğusuna cava olaraq bildirilir ki, ərazidə yaşayan sakinlər öz eyvanlarından yarışı izləyə bilərlər. Bununla bağlı hər hansı qadağa və cərimə nəzərdə tutulmadığı da deyilir. Daha sonra, əgər vətəndaşlar eyvandan aşağı nə isə qəsdən, təhlükə törətmək məqsədi ilə atacağı təqdirdə cərimə oluna bilərlər. Eyvandan oturub yarışa baxmağa görə heç bir qadağa və cərimə olmayacaq.

Gülşanə Mustafayeva
İnterpress.az