Bu barədə İnterpress.az-a \”Azəravtoyo\” ASC-dən verilən məlumata görə, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun hərəkət hissəsinə təbii fəlakət nəticəsində hər-hansı bir ziyan dəyməyib və avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir ciddi problem müşayət olunmayıb.Sözügedən yolun müəyyən hissələrində çiyin hissələr ( yol kənarlarında torpaq-çınqıl hissə ) güclü su axını nəticəsində yuyulub. Hazırda çiyinlərin bərpası istiqamətində işlər aparılır.
Bundan başqa güclü sel nəticəsində 5 kənd yolunda suötürücü borular və su keçidləri dağıllıb. Həmin ərazilərdə də bərpa işləri davam etdirilir, insanların rahat gediş-gəlişini təmin etmək üçün müvəqqəti yol hissələri salınır.
Gülşanə Mustafayeva
İnterpress.az