Oğuz-Qəbələ-Bakı su kəmərində təklükə yaranmayıb- Rəsmibackend

Oğuz-Qəbələ-Bakı su kəmərində təklükə yaranmayıb- Rəsmi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, kəmər hal-hazırda işlək vəziyyətdədir və faəliyyəti üçün heç bir təhlükə yoxdur: \”Bizim mütəxəssislərimiz də daşqın olan əraziyə yola düşüblər və xətt boyu baxış keçirəcəklər. Daşqının İsmayıllı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinə heç bir fəasdı olmayıb. Şəhər əhalisi əvvəlki qaydada içməli su ilə təmin olunur”.

Xatırladaq ki, iyunun 12-də İsmayıllı rayonuna yağan aramsız yağış və dolu Oğuz-Qəbələ-Bakı su kəmərinin rayon ərazisindən keçən hissəsində təhlükə yaranması ilə bağlı yerli mediada məlumat yayılmışdır.

İnterpress.az