Əkiz dünyaya gətirib komaya düşən ana barədə YENİ XƏBƏRbackend

Əkiz dünyaya gətirib komaya düşən ana barədə YENİ XƏBƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 1-də türkiyəli həkim-ginekoloq Öndər Tulumbacı tərəfindən Bakı Medical Plazada əməliyyat olunan İrina Polikarpova(Makarova) reanimasiyadan çıxdı.

Onun həyat yoldaşı Anton Polikarpov dünən vəziyyətin yaxşı olmadığını desə də, bu gün xanımı haqda xoş xəbər paylaşıb. O bildirib ki, xanımı 12 gündən sonra palataya köçürülüb, əkiz övladlarını görüb.

Qeyd edək ki, İ.Polilarpova keysəriyyə əməliyyatı zamanı döldən birinin bud nahiyyəsi skalpellə zədələnib. Bundan sonra xəstədə qanaxma davam edib və Qanaxma dayanmadığı üçün uşaqlıq və yumurtalıqları amputasiya olunub.

Mətbuata isə yayılan məlumatda bildirilirdi ki, Öndər Tulubacının əməliyyatı təxminən 5 saat davam edib. Bu müddət ərzində İrinanın əməliyyatı və onun vəziyyəti barədə heç bir məlumat verilməyib. Şok təfərrüatlar əməliyyatdan sonra məlum olub. Həkim düzgün əməliyyatı aparmadığını anladıqdan sonra klinikadan qaçıb.

Əkiz dünyaya gətirib komaya düşən ana barədə YENİ XƏBƏR

Daha sonra məlum olub ki, həkim əməliyyat zamanı cərrah bıçağıyla əkiz körpələrdən birinə toxunub. Uşağın üzərindəki kəsiyin uzunluğu 2 sm, dərinliyi isə 0,3 sm olub. Bu kəsik uşağın həyatı üçün ciddi risk təşkil edir. İrina Makarova əməliyyat zamanı çox qan itirib. Üç gün ərzində yaxınları və qohumları ona qan veriblər. Ancaq buna baxmayaraq qadında daxili qanaxma dayanmayıb. (crminal.az)

İnterpress.az