Hindistanda danimarkalı bir qadına təcavüz etməkdə günahlandırılan 9 şəxsdən 5-nə ömürlük həbs cəzası verilib. Yaşları 18-dən aşağı olan 3 hindlinin məhkəməsi davam edərkən, digər təqsirləndirilən şəxs dünyasını dəyişib.
Qeyd edək ki, 52 yaşlı danimarkalı qadın Hindistan vətəndaşlarından ünvan soruşmuşdu. Lakin ünvan soruşan danimarkalı qadını, Hindistan vətəndaşları başqa bir ünvana apararaq ona təcavüz etmişdilər.(bizimyol.info)
İnterpress.az