ABŞ-da 50 nəfəri öldürən terrorçunun atası “Taliban” tərəfdarıdırbackend

ABŞ-da 50 nəfəri öldürən terrorçunun atası “Taliban” tərəfdarıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə “The Washington Post” yazır. Bildirilir ki, Seddik Mattinin YouTube şəbəkəsində Payam-e-Afgan adlı kanalı fəaliyyət göstərir, orada tez-tez “Taliban”a simpatiya ifadə olunan videoroliklər yerləşdirilir. Seddik Mattin videorolikləri Əfqanıstanda geniş yayılan dari dilində hazırlayıb.

“Bizim Vəziristandakı qardaşlarımız, “Taliban”dakı döyüşçülərimiz və əfqanların “Taliban” hərəkatının özü getdikcə güclənir. Allahın köməyi ilə Dyuranda xətti problemi tezliklə həll olunacaq”-videorliklərdən birində Seddik Mattin deyir.

Orlando barındakı hadisədən əvvəl isə o, özünü Əfqanıstan prezidenti kimi təqdim edərək bir sıra əfqan siyasi xadimlərin həbsini tələb edən video yayıb. Bunlar “Taliban”a qarşı olan siyasətçilər, o cümlədən keçmiş prezident Həmid Karzaydır.

ABŞ-da 50 nəfəri öldürən terrorçunun atası “Taliban” tərəfdarıdır

Xatırladaq ki, Ömər Matinin İŞİD-çi olduğu açıqlanıb. Terror hücumuna görə məsuliyyəti İŞİD üzərinə götürüb. (virtualaz.org)

İnterpress.az