Təhsil Nazirliyindən İnterpress.az- a verilən xəbərə görə, 15.09.2015-06.06.2016 tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti-146) 99 981 zəng daxil olub. Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzində 20 282 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 4 365 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Həmçinin, vəzifəli şəxslərin qəbuluna yazılmaq üçün elektron poçt vasitəsilə 762 müraciət daxil olub və onlara müvafiq cavablar verilib.
Təhsil naziri Mikayıl Cabbarov 2015-2016-cı tədris ili ərzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, 300-ə yaxın vətəndaşı qəbul edib. Müraciətlərin əksər hissəsi yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.
İnterpress.az