Mir Seddiq adlı əfqan əsilli ABŞ vətəndaşı oğlunun bu addıma bir neçə ay əvvəl Mayamidə iki kişinin küçənin ortasında öpüşdüyünün şahidi olmasına görə gedə biləcəyini deyib.
Onun sözlərinə görə, Ömər Matin bu səhnədən çox hiddətlənib.
Çünki iki homoseksual onun arvadının və uşaqlarının gözü qarşısında öpüşürdü. Seddiq oğlunun hərəkətinə görə üzr istəməyə hazır olduğunu deyib, bildirib ki, baş verənlərin islam dininə dəxli yoxdur.
Lakin İŞİD terror qruplaşması Orlando qırğınına münasibət bildirib və Ömər Matinin şəklini öz tvitter səhifəsində yerləşdirib. (virtualaz.org)
İnterpress.az