Oğul qəza törətdi, anası öldübackend

Oğul qəza törətdi, anası öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Giləziyə gedən yolun 3-cü kilometrliyində \”Mitsubishi\” markalı 90 BR 940 dövlət qeydiyyat nişanlı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb.

Nəticədə avtomobildə olan sərnişinlərdən 53 yaşlı qadın hadisə yerində ölüb. 35, 30 və 26 yaşlı 3 kişi isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı Xızı rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Daxili İşlər Nazirliyi Xızıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 12-də saat 13 radələrində Xızı rayonunun Giləzi qəsəbəsində Bakı şəhər sakini Amid Məmmədov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb. Nəticədə onun sərnişinlərindən anası Minayə hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib. Xızı RPŞ tərəfindən araşdırma aparılır.

İnterpress.az