“Daily Mail”-ın verdiyi xəbərə görə, hadisə 90 yaşını tamamlayan İngiltərə kraliçası II Yelizavetanın təntənəli doğum günündə zamanı baş verib.
Çoxsaylı dövlət rəsmilərinin, tamaşaçıların və turistlərin izlədiyi yubiley zamanı Kral Mühafizə Xidmətinin əsgərlərindən biri yıxılaraq ürəyi gedib. Kənardakılar hərbçiyə yardım etməyə çalışsalar da, onu ayıltmaq mümkün olmayıb. Daha sonra özündən gedən əsgər mühafizəçilərin köməkliyi ilə ərazidən uzaqlaşdırılıb və mərasim özü işinə davam edib.
Qeyd edək ki, hazırki kraliça II Yelizaveta 63 ildir ki, taxtdadır. Kraliça İngiltərə tarixində ən uzun müddətli monarx sayılır. O, 21 aprel 1926-cı ildə doğulub. 1748-ci ildən bu günədək İngiltərədə monarxların doğum günləri həm doğulduqları gün, həm də iyun ayının ikinci həftəsində keçirilir. (gununsesi)
İnterpress.azhttps://youtube.com/watch?v=2W_nOI0crRk