Bazar ertəsi, iyunun 13-də, bir qrup LGBT nümayəndəsi ABŞ-ın Bakıdakı səfirliyi qarşısında həmrəylik aksiyası keçirib.
Aksiya iştirakçıları Amerikanın Orlando şəhərində Əfqanıstan əsilli şəxsin 50 gey və lesbiyanı qətlə yetirdiyi terror aktının qurbanlarına dəstək ifadə ediblər.
Aksiya iştirakçıları “Homofobiyaya yox” və “Homofobiya öldürür” şüarları yazılmış plakatlar qaldırıblar. İştirakçıların bəziləri LGBT bayraqlarına bürünüblər. ( Turan agentliyi )
İnterpress.az