Səfər çərçivəsində həmməruzəçilərin Azərbaycan prezidenti İlham Əliyev, parlamentin spikeri Oqtay Əsədov, Baş prokuror Zakir Qaralov, Ədliyyə naziri Fikrət Məmmədov və MSK sədri Məzahir Pənahovla görüşləri gözlənilir.
Həmməruzəçilər həmçinin Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, vətəndaş cəmiyyəti, media üzvləri, parlamentdən kənar partiya nümayəndələri və beynəlxalq icmalarla bir araya gələcəklər.
Qeyd edək ki, Belçikadan olan deputat Alan Destexhe və həmməruzəçilər 90-cı seçki dairəsinə keçirilən təkrar parlament seçkilərində beynəlxalq müşahidəçi kimi AŞPA- nı təmsil edəcəklər. ( apa )
İnterpress.az