Melburn şəhərində “Azərbaycan Evi”nin açılış mərasimi olubbackend

Melburn şəhərində “Azərbaycan Evi”nin açılış mərasimi olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tədbirə Viktoriya ştatının multikulturalizm məsələləri və eyni zamanda maliyyə naziri Robin Skot (Robin Scott), ştat hökümətinin multikulturalizm məsələləri üzrə kölgə naziri xanım İnqa Peuliç (Inga Peulich), federal parlamentin Viktoriya ştatınından olan millət vəkili və eyni zamanda Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Alan Qriffin (Alan Griffin), Azərbaycan Respyblikasının Avstraliya İttifaqındakı səfiri Rövşən Cəmşidov, səfirliyin əməkdaşları, Melburn şəhərində yaşayan və təhsil alan həmvətənlərimizlə bərabər 60 nəfərə yaxın qonaq qatılıb.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir R.Cəmşidov Melburn şəhərində və ümumiyyətlə Avstraliyada ilk dəfə “Azərbaycan Evi”nin fəaliyyətə başlamasının çox əlamətdar hadisə olması və bunun önəmi haqda iştirakçıları məlumatlandırıb, “Azərbaycan Evi”nın ərsəyə gəlməsində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib Səfir həmçinin “Azərbaycan Evi”nin məhsuldar şəkildə fəaliyyət göstərməsi, Azərbaycan dilinin, tarixinin və mədəniyyətinin təbliği və bu ştatda yaşayan Azərbaycan diasporası nümayəndələrinin sıx şəkildə bu ev ətrafında bir araya toplanılması üçün səfirlik tərəfindən daima hərtəfəli dəstəyin göstəriləciyini xüsusi vurğulayıb.

Həmçinin nazir R.Skot, millət vəkili A.Qriffin və kölgə naziri İ. Peuliç çıxış edərək əlamətdar hadisə münasibətilə Melburn şəhərində yaşayan həmvətənlərimizi təbrik ediblər. Bildirilib ki, iki yüzdən çox millətin yaşadığı Melburn şəhərində belə bir evin açılması şəhərin çoxmədəniyyətli simasına öz töhvəsini verəcək.

Daha sonra asossiasiyanın üzvlərinə üzvlük kartları təqdim olunub. Qonaqlara Azərbaycana dair müxtəlif səpkili videoçarxlar nümayiş etdirilib, milli mətbəx nümunələri, şirniyyat, Azərbaycan istehsalı olan şərab və konyak təqdim olunub.

Tədbir zamanı “Viktoriya Azərbaycan Mədəniyyət Asossiasiyası”nın rəhbərliyi və idarə heyətinin tərkibinin formalaşdırlmasına dair səsvermə keçirilib və Melburn şəhərində yaşayan gənc azərbaycanlı, Viktoriya ştatının Xəzinə və maliyyə nazirliyinin əməkdaşı Rəşad Həsənov asossiasiyanın rəhbəri seçilib.

Qeyd edək ki, “Azərbaycan Evi”nin yerləşdiyi inzibati sahə 90-cı illərdə Azərbaycandan Avstraliyaya köçmüş iş adamı Aleksandr Zemlinski tərəfindən “Viktoriya Azərbaycan Mədəniyyət Asossiasiyası”na təmənnasız təqdim edilib. (musavat)

Melburn şəhərində “Azərbaycan Evi”nin açılış mərasimi olub
Melburn şəhərində “Azərbaycan Evi”nin açılış mərasimi olub
Melburn şəhərində “Azərbaycan Evi”nin açılış mərasimi olub

İnterpress.az