Silahlı şəxs binanı ələ keçirdibackend

Silahlı şəxs binanı ələ keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

6:41 / Bir neçə girov xilas edilib
Nyu-Mexiko ştatının ən böyük şəhəri – Albukerkdə silahlı şəxs binada insanları girov götürüb. Polislərin artıq bir neçə sakini xilas etdiyi bildirilib.
İstinadən verilən məlumata görə, silahlı şəxsin tək və ya bir neçə nəfər olduğu bilinmir. Girov sayısı da hələlik naməlumdur. Xüsusi təyinatlı polis dəstələri araşdırmalara davam edir.

6:26 / Silahlı şəxs binanı ələ keçirdi
ABŞ-ın Nyu-Mexiko ştatında polislər meriya binasını mühasirəyə alıb. Albukerk şəhərində silahlı şəxsin binada insanları girov götürdüyü bildirilib.

Amerika mətbuatından əsasən verilən məlumata görə, 911 xilasetmə xidmətinə silahlı insident barədə məlumat daxil olub. Naməlum şəxs meriya binasını ələ keçirib, bir neçə sakini girov götürdüyü deyilib. Meriya binasından bir neçə dəfə atəş səsləri eşidilib.
Hadisə yerinə polis patrulları və xüsusi təyinatlı dəstələr cəlb olunaraq binanı mühasirəyə alıb. Bütün ətraf küçələrdə hərəkət saxlanılıb. (ans)

İnterpress.az