ABŞ prezidenti Barak Obama Ağ Evdə jurnalistlərə açıqlama verib, terrorla bağlı istintaqın başlanıldığını xatırladıb. Məlumata görə, Obama silahlı hücumu edən Ömər Mətinin evdə formalaşmış ekstrimist olduğunu bildirib. Obama onun internetdən ekstrimistlərin yaydığı məlumatlardan ilhamlandığını istisna etməyib.
\”Bircə onu deyə bilərəm ki, terror maddəsilə istintaq başlanılıb. Görünən odur ki, silahlı internet üzərində ekstrimistlərin yaydığı məlumatlardan ilhamlanıb. Onun terror hücumu həyata keçirməyə qərar verməsinə nəyin təsir etdiyini öyrənmək üçün bütün belə materiallar axtarılır və istifadə olunur. FTB direktoru Ceymz Komi və mən belə hesab edirik ki, istintaqın indiki mərhələsində onun ölkəxaricindən göstərişlər aldığını sübut edən heç bir açıq-aydın fakt yoxdur”, – deyən Obama, müstəntiqlərin silahlının həyata keçirdiyi hücumun motivlərini araşdırmağa davam etdiyini bildirilib.
Prezident Barak Obamanın cümə axşamı Orlando şəhərinə səfər edəcəyi deyilib. Səfər zamanı ölkə başçısı həlak olmuş insanları qohumları və yaxınları ilə görüşəcəyi, başsağlığı verəcəyi vurğulanıb.
“Biz hələdə qatilin motivlərinin öyrənməyə çalışırıq, ancaq bu bir daha onu göstərir ki, dini, irqi, inancları və ya cinsi orientasiyasından asılı olmayaraq, biz hamımız amerikalıyıq, bir birimizin qeydinə qalmalıyıq, hər zamanı bu cür dəhşətli hadisələr zamanı bir-birimizi qorumalıyıq”, – deyən prezident gecə klubuna hücumun böyük terror planının nəticəsi olduğuna dair heç bir sübutun olmadığını vurğulayıb. (ans)
İnterpress.az