İyunun 14-nə keçən gecə Paris ətrafında naməlum şəxs polis əməkdaşını qətlə yetirib və onun həyat yoldaşı və oğlunu girov götürüb.
Məlumata görə, hadisə şəhər ətrafı ərazidə Mananvildə qeydə alınıb. Naməlum şəxs qonşusu polis əməkdaşına bıcaqla hücum edib və qarın nahiyəsinə bir neçə zərbə endirərək onu qətlə yetirib.
Daha sonra o ölən polisin evinə girərək burada mərhumun həyat yoldaşı və 3 yaşlı oğlunu girov götürüb. Hadisə yerinə gələn Fransa polisi xüsusi təyinatlıları əməliyyata başlayıblar.
Cinayətkar əməliyyat zamanı öldürülüb. Evə daxil olan polis əməkdaşları qadının meyitini aşkar ediblər. 3 yaşlı oğlan uşağı isə sağ qalıb. (ans)
İnterpress.az