Ötən gün Nyu-York şəhərinin Bruklin rayonu ərazisində yerləşən parklardan birində naməlum şəxslər atəş açıb. Nəticədə 5 yeniyetmə yaralanıb.
ABŞ mətbuatınınistinadən verdiyi məlumata görə, hadisə yeniyetmələr meydançada basketbol oynarkən baş verib. Park ərazisində bahalı çantanın itdiyini deyən naməlum şəxslər onlara yaxınlaşıb. İtkidən xəbərsiz olduqlarını deyən gənclərə odlu silahdan atəş açıblar. Bundan sonra silahlı şəxslər hadisə yerindən qaçıblar. Baş verənləri kənardan izləyən bir nəfər cəld yaralılara yaxınlaşıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı hələlik heç kim həbs olunmayıb. Fakt ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı hələlik heç kim həbs olunmayıb. Fakt ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. (ans)
İnterpress.az