Bu blokların önəmli yeri varbackend

Bu blokların önəmli yeri var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, bunu Azərbaycanda Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım xeyriyyə fondunun təşkilatçılığı ilə baş tutan konfransda universitetin Elm və texnika işləri üzrə prorektoru, professor Arif Şərifov deyib.
“Bu bloklar Azərbaycan üçün yeni texnologiyadır. Azərbaycan bazarında qısa vaxt ərzində sürətlə yayılıb. Tikintini reallaşdıran şirkətlərə nə lazımdır? İşin maya dəyəri aşağı düşsün, iqtisadi səmərə versin, keyfiyyətli olsun, ağır əl əməyi tələb edən işlər azalsın.
Bütün bunlara tikintidə məsaməli beton bloklarından istifadə etməklə nail olmaq mümkündür. Memarlıq və İnşaat Universiteti olaraq, bizim üçün istehsalatla əlaqənin gücləndirilməsi prioritetdir ki, bu məsələni də qarşılıqlı şəkildə həyata keçiririk”.

Xatırladaq ki, Azərbaycan Memarlıq və İnşaat Universitetində “Müasir məsaməli beton bloklarından istifadənin texniki-iqtisadi problemləri”nə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

İnterpress.az