”Totu” ləqəbli dünya çempionun daha bir adamı məlum oldu – FOTObackend

”Totu” ləqəbli dünya çempionun daha bir adamı məlum oldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl \”Evrostroy-S\” MMC-nin Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında yerləşən ofisinə basqın edərək şirkətin meneceri Bəxtiyar Təhməzovu və İlqar adlı şəxsi ölümcül döyərək ağır xəsarətlər yetirən idmançılardan ibarət dəstənin daha iki üzvünün şəxsiyyəti müəyyən edilib. Zərərçəkmiş şəxs Bəxtiyar Təhməzovun vəkili Ceyhun Yusifovun Criminal.az-a verdiyi məlumata görə, dəstəyə cinayətkar aləmdə \”Toto\” ləqəbi ilə tanınan, kikboksinq döyüş növü üzrə idman ustası, dəfələrlə dünya və Avropa çempionu olan Qarayev Rafael Nüsrət oğlu başçılıq edib.

Qeyd edilən şəxsin adı dəfələrlə iş adamlarından hədə-qorxu ilə pul tələb etmə və sair kriminal olaylarda hallanıb. Basqında iştirak edən dəstənin digər iştirakçısı 2001-ci ildə Şəki şəhərində baş vermiş kütləvi iğtişaşlara görə həbs edilərək uzun müddət məhkumluq həyatı yaşamış Azad Lətifovdur. O, da cinayətkar aləmdə kifayət qədər tanınır.

Həmçinin hadisə şahidlərinin deməsinə görə olay zamanı orada Rafael Qarayev və onun dəstəsi ilə birlikdə Fizuli adlı şəxs də gəlib.

Hadisə nəticəsində zərər çəkmiş şəxslərin hər ikisinin vəziyyəti ağır olaraq qalmaqda davam edir.

Məlumat üçün bildirək ki, Rəfael Qarayev isə bir vaxtlar S.İsayevin mühafizəçisi işləyib. A.Çovdarova qohumluğu olan R.Qarayev sonradan S.İsayevin biznesinə iddialı olduğundan uzaqlaşdırılıb.

Bildirilir ki, \’\’Totu\’\’ ləqəbi ilə məhşur olan Rəfael Qarayev Çovdarovun adından istifadə edərək şantajla məşğul olurmuş. R.Qarayevin kriminal aləmə yaxın olduğu və reket kimi fəaliyyət göstərdiyi deyilir.

Şirkətdə bir neçə gün əvvəl dava etməsi də reket fəaliyyətinin davamı olduğu iddia olunur. Yeni tikilmiş binanın 350 kvadrat metrlik qeyri-yaşayış sahəsinin ona verilməsini tələb edib. Tikintiyə nəzarət edən B.Təhməzov ona başa salıb ki, həmin bina akademiklər üçün inşa olunur. Uzun mübahisədən sonra R.Qarayevin idmançı dostları hasardan tikinti ərazisinə keçərək onları möhkəm döyüblər. Çənəsi sınan, kəllə-beyin travması alan B.Təhməzov və tanışı İlqar hazırda 1 saylı şəhər xəstəxanasında müalicə olunur.

Baş verənlərlə bağlı R.Qareyevlə əlaqə saxlamaq mümnük olmayıb. Sosial şəbəkə vasitəsilə ona ünvanladığımız sual isə cavabsız qalıb.

İnterpress.az