CIES-dən ŞOK REYTİNQ: Dzyuba, Messi və Ronaldo müdafiədə ən zəif oyunçular SIRASINDAbackend

CIES-dən ŞOK REYTİNQ: Dzyuba, Messi və Ronaldo müdafiədə ən zəif oyunçular SIRASINDA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artyom Dzyuba Messi və Ronaldo ilə birlikdə CIES reytinqinin ilk üçlüyünə daxil olub.

İnterpress.az xəbər verir ki, bu barədə “CIES Football Observatory” məlumat yayıb.

“CIES Football Observatory” araşdırma mərkəzi meydanda topa nəzarət etmədikdə komandasına müdafiədə ən az kömək edən futbolçuların reytinqini dərc edib.

Araşdırmaya il ərzində ən azı 1000 dəqiqə oyun keçirmiş futbolçular daxil edilib.

Reytinqin birinci pilləsində 0,70 göstərici ilə Lionel Messi qərarlaşıb.

İkinci yeri isə hər biri 0,74 göstəricisinə malik olan Artyom Dzyuba və Kriştiano Ronaldo bölüşürlər.

İlk beşliyə həmçinin Sebastyan Vilya, Mirlind Daku, Con Kordoba və Kilian Mbappe daxil olublar.

Xuraman Etibarlı

İnterpress.az