Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnterpress.az-a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20 , gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.
Tibbi meteoroloji proqnoza gəlincə, iyunun 15-16-da Abşeron yarımadasında iyun ayı üçün səciyyəvi temperatur şəraiti və meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
İnterpress.az