Məcburi köçkünlərin problemləri unudulmalıdır -Ali Komissarbackend

Məcburi köçkünlərin problemləri unudulmalıdır -Ali Komissar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu BMT-nin insan haqları üzrə ali komissarı Zeyd Raad əl Hüseyn dünən Cenevrədə işinə başlayan İnsan Haqları Şurasının 32-ci sessiyasında deyib.

Ali komissar çıxışında Cənubi Qafqazda məcburi köçkünlərin problemləri barədə unutmamağa çağırıb, habelə toqquşmalar baş verən ərazilərdə insan haqları sahəsindəki problemlər barədə obyektiv informasiyalar toplanması ilə bağlı yardım təklif edib.

Zeyd Raad əl Hüseyn, həmçinin, Azərbaycanda bu yaxınlarda vətəndaş cəmiyyəti nümayəndələrinin və jurnalistlərin həbsdən azad edilməsini alqışlayıb. O, Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyətinin və ifadə azadlığının təmin edilməsinə yönəlik tamamlayıcı addımlar atmağa çağırıb.

Ali komissar bu kimi məsələlərin həlli üçün Azərbaycan hakimiyyəti ilə dialoqa hazır olduqlarının da bildirib. (apa)

İnterpress.az