Bakı metrosu yay qrafikinə keçirbackend

Bakı metrosu yay qrafikinə keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a \”Bakı Metropoliteni\” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, yeni qrafikə əsasən, hərəkət cədvəli 24 cüt/saat qatarla olacaq: \”Qış qrafikində bunlar 30 cüt/saat qatarla idi. Yəni \”Həzi Aslanov\” – \”28 May\” stansiyaları arası interval pik saatlarda 2.5 dəqiqə, qeyri-pik saatlarda isə 3 dəqiqə olacaq. \”28 May\” – \”İçərişəhər\”, \”28 May\” – \”Dərnəgül\” xətləri arası isə interval müvafiq olaraq 5-6 dəqiqə olacaq\”.

N.Paşayev bildirib ki, qeyri-iş günlərində isə fərqli qrafik tətbiq ediləcək: \”Pik saatda qatar 2 dəqiqədən bir xəttə buraxılırsa, qeyri-iş günlərində interval 2.5 dəqiqə olacaq. Həm qeyri-iş günlərində, həm də sərnişinin az olduğu səhər və gecə saatlarında fərqli qrafik olur\”.

Gülşanə Mustafayeva
İnterpress.az