Əlli adamı öldürən Omər Mateen iki dəfə Həcc ziyarətində olubbackend

Əlli adamı öldürən Omər Mateen iki dəfə Həcc ziyarətində olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Səudiyyə Ərəbistanının DİN-nə istinadən “The Wall Street Journal” yazır.

ABŞ və Səudiyyə Ərəbistanının hüquq-mühafizə orqanları sonradan onlarla insanın qatilinə çevriləcək Ömər Mətinin həmin vaxt kimlərlə görüşdüyü və bu ziyarətin törədilən terror aktı ilə hansısa bir əlaqəsinin olub-olmaması barədə məlumatı yoxdur.

Florida ştatında 50 nəfər törədilən terror aktının qurbanı olub, daha 50 nəfərdən çox adam isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hazırda ölənlərdən 48 nəfərin kimliyi müəyyən edilib, bu barədə Orlandonun meri bildirib.

Terrorçu Ömər Mətin Əfqanıstandan olan mühacirlər ailəsində doğulub, o, polis tərəfindən “Pulse” gey-klubuna hücum zamanı güllələnib. Orlandoda törədilən terror aktına görə məsliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. (musavat)

Əlli adamı öldürən Omər Mateen iki dəfə Həcc ziyarətində olub

İnterpress.az