Stolüstü tennisdə yeni RƏQİB: “Ace” robotu peşəkar oyunçuya MEYDAN OXUDU – VİDEObackend

Stolüstü tennisdə yeni RƏQİB: “Ace” robotu peşəkar oyunçuya MEYDAN OXUDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sony şirkətinin yeni “Ace” robotu stolüstü tennis üzrə peşəkarla qarşılaşıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Sony AI” məlumat yayıb.

Sony şirkəti “Ace” adlı yeni süni intellekt robotunu təqdim edib. Robot peşəkar idmançı ilə stolüstü tennis oynayaraq, rəqibinin zərbələrini uğurla dəf edib.

Məlumata görə, “Ace” topun trayektoriyasını qabaqcadan proqnozlaşdıraraq raketkanın bucağını düzgün tənzimləyə bilir.

Bu nəticəyə nail olmaq üçün robotda doqquz kamera və üç kompüter görmə sistemi tətbiq olunub.

Bundan əlavə, “Ace” özü-özü ilə təlim keçmək üçün süni intellekt imkanlarından da aktiv istifadə edir.

Xuraman Etibarlı

İnterpress.az