Bunu Rusiya mətbuatına açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Viktor Rumyantsev söyləyib.
Onun sözlərinə görə, Meri Qann atla gəzintiyə çıxan zaman saxlanılıb: “Qann Yelizovsk rayonunun Razdolnı qəsəbəsinə girmək istəyərkən polis tərəfindən saxlanılıb.
Lakin o, sənədlərini təqdim etdikdən sonra azad edilib. Razdolnı qəsəbəsinin xaricilər tərəfindən ziyarət edilməsi xüsusi qaydalarla tənzimələnir.
Bu əraziyə düşmək üçün Rusiya Federal Təhlükəsizlik Xidmətindən icazə almalısan”.
İnterpress.az