Sükan və pedalsız avtomobillər reallığa çevrilib – Tesla ilk “Cybercab” modelini təqdim edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Tesla” məlumat yayıb.
Elektrikli avtomobil istehsalçısı “Tesla” növbəti inqilabi addımını atıb. Şirkət tamamilə avtonom idarəetməyə malik olan və salonunda nə sükan, nə də pedal olan ilk seriya elektromobili “Cybercab”ı buraxıb.
Avtomobilin salonu tamamilə sadələşdirilib və yalnız nəhəng bir ekrandan ibarətdir.
Xarici dizaynda isə heç güzgülər belə nəzərdə tutulmayıb.
Tamamilə Süni İntellekt (Sİ) tərəfindən idarə olunan avtomobilin gözlənilən satış qiyməti 30 000 dollar (təxminən 51 000 manat) təşkil edir.
Xuraman Etibarlı
İnterpress.az






