Vergi Məcəlləsinə dəyişiklik qəbul edildibackend

Vergi Məcəlləsinə dəyişiklik qəbul edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Milli Məclisin deputatı Siyavuş Novruzov bu dəyişikliyə etiraz edib. O bildirib ki, vəsait birinci növbədə büdcəyə daxil olmalıdır: \”Mən anlamıram, büdcədənkənar fond nədir?! Bəzən deyirlər ki, büdcədənkənar vəsait hesabına abadlaşdırma işi aparılıb. Məgər göydən dollar yağır?!\”

S.Novruzov bildirib ki, növbədənkənar büdcə vəsaitlərin mənimsənilməsinə gətirib çıxarır.

İclasda çıxış edən vergilər nazirinin müavini isə bildirib ki, büdcədənkənar fondda hər bir manat ciddi nəzarət altındadır, burada heç bir şübhə ola bilməz.

Qeyd edək ki, hazırda vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyalarının 25 faizi hesabına vergi orqanlarının büdcədənkənar fondu formalaşdırılır.

Yeni layihədə isə qeyd edilir ki, vergi orqanları işçilərinin sosial müdafiəsi, o cümlədən vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədilə həmin fond vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanskiyalarının 50 faizi hesabına vergi orqanlarının büdcədənkənar fondunu formalaşdıracaq.

Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.

Dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

İnterpress.az