Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Moskvaya gedib. Nazirlikdən verilən məlumata görə, nazir Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının icasında iştirak edəcək.
Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası iyunun 15-də keçiriləcək.
İclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərinin müzakirə edilməsi planlaşdırılır. (ans)
İnterpress.az