Emin Ağalarov: “Onlar mənim sonuncu övladlarım olmayacaqlar”backend

Emin Ağalarov: “Onlar mənim sonuncu övladlarım olmayacaqlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həmin müsahibədən diqqətçəkən kiçik fraqmenti təqdim edir.

Emin öz ailəsi haqda

Emin Ağalarov: – Bizimlə bağlı hər şey aydındı amma qarşıda nə etmək olar? Birlikdə toplanan təcrübə əsasında gələcək qurmaq. İndi mənim 7 yaşında olan 2 oğlum var. Övladlarım Bakıda yaşayırlar, lakin bəzən Londonda vaxt keçirirlər. İkinci sinfə gedirlər… Onlarla çox yaxınam. Mənə elə gəlir ki, onlar üçün ailə biznesi ilə məşğul olmaq nə vaxtsa maraqlı gələ bilər. Lakin bunu vaxt göstərəcək, baxarıq. Və ola bilsin ki, onlar mənim sonuncu övladlarım olmayacaqlar. Ümid edirəm ki, 3 uşaqla (övladlığa götürülən Əminəni də nəzərdə tutur-red.) kifayətlənməyəcəm.
Burda Şərq tərbiyə elementləri də var. Baxın, indi mən boşanmaqdayam, amma kapitalın bölünməsi ilə bağlı nə mən, nə də qarşı tərəf söhbət aparmır. Hər şey çox sakit, müsbət məcrada gedir və uşaqlar hər iki tərəfdən onları sevən valideynlərini, nənə və babalarını görürlər.

Uşaqlığımda atam həmişə yanımda idi, onu hər gün görürdüm. Amma məsafə baxımından uşaqlarım məni hər gün görə bilmirlər. Düzü, hər həftə, 10 gündən bir övladlarımla vaxt keçirməyə zaman ayırıram. Məsələn, futbol oynayırıq. Sovet vaxtı atamla edə bilmədiklərimi onlarla etməyə çalışıram, çünki o zamanlar öz futbol meydançan, yaxud tennis kortun yox idi. Uşaqlarıma atamın mənə verdiyindən daha çox tərbiyə verməyə çalışıram. Çünki onların bu yaşda məni narazı salan çox məqamları var. Bilmirəm, bəlkə də atamın məsləhətinə qulaq asıb onlara heç bir irad tutmayan mövqedə durum. Sadəcə, onlar iki nəfərdir… Onlar dalaşır, hər şeyi dağıdırlar. Oyun zamanı bir-birini öldürə də bilərlər: məsələn, biri əlinə dəmir parçası götürür və digərinin arxasınca düşərək “mən indi səni öldürəcəm” deyə qışqırır.

Araz Ağalarov: – İndi mən Bakıda olmuram. Bakıda heç bir biznesim yoxdur. Moskvada işimiz o qədər çoxdur ki, Bakıya vaxtımız qalmır.

Emin Ağalarov: – Mənim isə Bakıda “Sea Breeze” adlı kiçik layihəm var – satış üçün bir neçə ev inşa etmişəm, köhnə sovet pansionatını restavrasiya etmişəm, “building” apartemantları və restoran tikmişəm.

Uşaqların ərköyünlüyü haqda
Araz Ağalarov: – İmkansızlıqdan əziyyət çəkən valideynlər övladlarının bunu hiss etməsini istəmədiyi kimi, imkanlı valideynlər də övladlarına onların imkanlı olduqlarını hiss etdirməməyə çalışır. Emin deyə bilməz ki, atası bədxərc olub və pulunu necə gəldi xərcləyib. Amma təbii ki, belə imkanlarımız olub…

Emin Ağalarov: – Sən də mənim haqda belə bir şey deyə bilməzsən…
Araz Ağalarov: – Mən də oğlum haqda bunu deyə bilmərəm. O, uşaqlığında bir yaşdan sonra ümumiyyətlə, puldan imtina etdi. Ona zorla da pul verə bilmirdim. Emin ilk maşınını öz puluna 17 yaşında almışdı. (modern)

Interpress.az