Ukraynada 25-ə yaxın azərbaycanlı oğurlanıb və itkin düşübbackend

Ukraynada 25-ə yaxın azərbaycanlı oğurlanıb və itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, onların əksəriyyəti Azərbaycan vətəndaşı, ikisi Gürcüstan, qalanı isə Ukrayna vətəndaşı olan azərbaycanlılardır.
Oğurlananların təhlükəsizliyi ilə bağlı adları açıqlanmır.
Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə katibi Abbas Mustafayev APA-ya bildirib ki, məsələ ilə bağlı Ukraynanın hüquq-mühafizə orqanlarına müraciət olunub və bu ölkənin Daxili İşlər Nazirliyi tərəfindən hər bir fakt üzrə cinayət işi qaldırılıb: “Biz ölkənin Daxili İşlər Nazirliyi ilə hər gün sıx əlaqədəyik. Məqsədimiz odur ki, cinayət işləri tez zamanda açılsın. Vəziyyət diqqətimizdədir”.

A. Mustafayev onu da bildirib ki, itkin düşmə faktı da olduğu üçün səfirlik adından Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə rəsmi müraciət olunub.
Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov APA-ya bildirib ki, məsələ ilə bağlı ölkədə yaşayan azərbaycanlılar adından Ukrayna Təhlükəsizlik Xidmətinə (UTX), Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə müraciət olunub: “Bu məsələ burada yaşayan azərbaycanlıları ciddi narahat edir.

İnsanlarımız oğurlanır, naməlum formada itkin düşürlər. Bununla bağlı UTX-nin diaspor üzrə müvafiq şöbəsində bizimlə görüş də keçiriblər. Əmin ediblər ki, bu arzuolunmaz halın qarşısı alınacaq. Bu həftə səfirliyimizdə məsələ ilə bağlı görüşümüz də olacaq. Biz Azərbaycan icması olaraq, bu məsələdə də sona qədər iradəmizi ortaya qoyub oğurlanan və itkin düşən azərbaycanlıların tapılmasına nail olacağıq”. (apa.az)

İnterpress.az