Berlindəki sərgidə Mask, Zukerberq və Pikassonun başları olan roboköpəklər nümayiş olunur.
İnterpress.az xəbər verir ki, bu barədə “AP News” nəşri məlumat yayıb.
Almaniyanın paytaxtı Berlində keçirilən sərgidə İlon Mask, Mark Zukerberq, Ceff Bezos, eləcə də Pablo Pikasso və Endi Uorholun başları formasına salınmış roboköpəklər ziyarətçilərin diqqətinə təqdim edilib.
Bu qeyri-adi robotlar sərgi salonunda sərbəst şəkildə gəzirlər.
Bildirilir ki, roboköpəklər üzərlərindəki kameralar vasitəsilə ətraf mühiti lentə alır və “öz” personajlarının fərdi üslubunda təsvirlər çap edirlər.
Məsələn, Pikassonun versiyası olan robot kubizm ruhunda rəsm əsərləri yaradır.
Xuraman Etibarlı
İnterpress.az






