Milli Məclis Almaniyaya etiraz məktubu göndərəcəkbackend

Milli Məclis Almaniyaya etiraz məktubu göndərəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisdə Almaniya Bundestaqına etiraz məktubu göndərilməsi təklif olunub.

ANS TV-nin məlumatına görə, Milli Məclisin növbədənkənar iclasına toplaşan millət vəkilləri qondarma erməni soyqırımını tanıdığına görə Almaniya Bundestaqına etiraz etməyə hazırlaşır.

Deputatlar Bundestaqın atdığı addımı tənqid ediblər.

\”Bu məsələnin parlamentə qaldırılmaması düzgün olmazdı. Təklif edirəm ki, ya dostluq qrupu səviyyəsində, ya da Milli Məclisin ümumi plenar yığıncağının bütün millət vəkillərinin adından qondarma soyqırımın tanınması ilə bağlı biz Almaniya parlamentinə öz etirazımızı bildirək\”, – deyə Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib.

Millət vəkili Qənirə Paşayeva Almaniyanın ATƏT-in Minsk qrupunun üzvü olduğunu xatırladaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında rol oynayan bir təşkilatın üzvünün belə bir yalanları qəbul etməsinin doğru olmadığını bildirib.

\”Təbii ki, bu, bizi çox narahat etməklə bərabər Almaniyanın özünün neytral və obyektiv missiyasına zərbə vurur. Odur ki, belə bir müraciətin göndərilməsinin müsbət olacağını düşünürəm\”, – deyə deputat əlavə edib.

İnterpress.az