“Rəsmi Moskva Rusiya sərhədlərində NATO-un silahlı qüvvələrinin yerdəyişməsini izləyir və təhlil aparır”. Məlumatına görə, bu sözləri Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov NATO-nun baş katibi Yens Stoltenberq Rusiya sərhədlərində batalyonların yerləşdirilməsi ilə bağlı səsləndirdiyi firkirlərə münasibət bildirərkən deyib.
Dmitri Peskov
O, bildirib ki, Kreml NATO-un batalyonlarına qarşı tədbir görəcək. \”Maraqlarımızın müdafiəsi və Rusiyanın təhlükəsizliyinin təmin olunması üçün ölçülər götürüləcək”.
Bu gün NATO-nun baş katibi Yens Stoltenberq hərbi blokun 2017-ci ilin başlanğıcında Baltikyanı ölkələrdə və Polşada dörd batalyon yerləşdirə biləcəyini deyib.
Yens Stoltenberq
Həmçinin ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Duqlas Lyut Rusiya ilə sərhəddə yerləşdirəcəyi batalyonların tərkibində 4 minə qədər hərbi qulluqçunun olacağını demişdi.
Duqlas Lyut bildirib ki, NATO Polşa, Latviya, Litva və Estoniyada 800-1000 hərbçi yerləşdirməyi planlaşdırır.
Ötən həftə Federasiya Şurasının senatoru Frants Klintseviç bəyan edib ki, NATO böyük səylə Şərqi Avropadakı keçmiş sovet hərbi bazalarına öz qoşunlarını yerləşdirir. Son vaxtlar alyansın hərbi qulluqçularının sayı 19 dəfə artıb. Federasiya Şurası NATO-nun bununla Rusiyaya zərbələr endirməyə hazırlaşdığını istisna etmir. (ans)
İnterpress.az