Çempionlar Liqasının yeni evi BƏLLİ OLDUbackend

Çempionlar Liqasının yeni evi BƏLLİ OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çempionlar Liqasının növbəti mövsümünü “Disney+” yayımlayacaq.

İnterpress.az xəbər verir ki, bu barədə “UEFA” məlumat yayıb.

Amerika platforması “Disney+” UEFA-nın keçirdiyi yayım hüquqları ilə bağlı hərracın qalibi olub. Beləliklə, növbəti mövsümdən etibarən Çempionlar Liqasının oyunları məhz bu platforma üzərindən yayımlanacaq.

Bundan başqa, “Mikki Maus” dünyası təkcə Çempionlar Liqasını deyil, eyni zamanda Avropa Liqası və Konfrans Liqasının matçlarını da izləyicilərə təqdim edəcək. Şirkət rəhbərliyi bu addımı platformanı daha ailəvi məzmuna uyğunlaşdırmaq niyyəti ilə izah edib. Məqsəd odur ki, gündüz saatlarında uşaqlar sevimli cizgi filmlərinə baxa bilsinlər, axşam saatlarında isə valideynlərin seçim imkanı genişlənsin.

UEFA bütün tenderlər başa çatdıqdan sonra yayım hüquqlarından əldə edilən illik gəlirin 5 milyard avrodan (təxminən 9 250 000 000 manat) çox olacağını proqnozlaşdırır. Sektor mütəxəssislərinin məlumatına görə, son tender nəticələri mövcud tsikllə müqayisədə gəlirlərin təxminən 40% artdığını göstərir. Qeyd edək ki, “Disney+” artıq qadınlar arasında Çempionlar Liqası, eləcə də NHL və NBA oyunlarını da nümayiş etdirir.

Xuraman Etibarlı

İnterpress.az