“Ermənistan danışıqlara uduzmuş tərəf kimi gedir“ – Politoloq – VİDEObackend

“Ermənistan danışıqlara uduzmuş tərəf kimi gedir“ – Politoloq – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə ANS TV-nin birbaşa efirində millət vəkili, politoloq Rasim Musabəyov İlham Əliyev və Serj Sarkisyanın iyunun 20-də Sankt-Peterburqda keçiriləcək görüşünü şərh edərkən bildirib:

\”Ermənistan parlamenti Rusiya ilə havdan müdafiə sistemlərinin birgə istifadəsi ilə bağlı sazişi təsdiq etməli idi, gündəlikdən çıxardılar. Daima şikayət edirlər ki, 200 milyon dollarlıq kredit çərçivəsində onlara silah gəlməli idi, gəlib çıxmadı. Bütün bunlar göstərir ki, narahatdırlar\”.

Lakin bununla belə, Rasim Musabəyovun fikrincə, Ermənistanın Rusiyadan asılılığı həddindən yüksəkdir və buna görə də onların Moskvanın istəyinə boyun əyməkdən başqa yolları yoxdur.

Politoloqun sözlərinə görə, Azərbaycan tərəfi prezidentlərin görüşünə üstün miövqe ili gedir: \”Aprel döyüşlərindən sonra, təbii ki, Azərbaycanın mövqeyi üstündür. Ermənilərin həvəssiz olmasının bir səbəbi də danışıqlara uduzmuş tərəf kimi qatılmalarıdır\”.

İnterpress.az