Məlumata görə, əraziyə kənar şəxsin daxil olması barədə anonim telefon zəngi əsasında Buenos-Ayresin ətrafında yerləşən monastıra gələn polis əməkdaşları keçmiş naziri qeyri-adi işlə məşğul olduğunu aşkarlayıblar.
Lakin Xose Lopes özünü itirməyib və polis əməkdaşlarına rüşvət verməyə cəhd edib. Bu nömrənin keçmədiyini görən sabiq məmur keşişlərə üz tutaraq, pulu monastıra ianə vermək məqsədilə əraziyə gəldiyini, lakin polisin buna imkan vermədiyini və pulları ondan oğurlamaq istədiyini iddia etməyə başlayıb.
Məlumata görə, Xose Lopes, təxminən 8,5 mln. dollar məbləğində olan və 160 bağlamaya bükülmüş ABŞ dolları, avro, Yaponiya iyeni və Qətər rialı kimi müxtəlif valyutada olan pulları monastırın ərazisində torpağa basdıraraq, gizlətmək istəyirmiş. (musavat)
İterpress.az