Məlumatı Özbəkistanın Dövlət Sərhəd Xidməti verib.
Qadağa iyunun 15-dən 25-nə kimi qüvvədə olacaq. Bununla birgə, Oş vilayətinin Qara-Suuy rayonunun Barak eksklavının sakinləri üçün Qırğızıstan-Özbəkistan sərhədi əvvəlkitək şəffaf olacaq.
Qoyulmuş məhdudiyyətin səbəbləri açıqlanmır. Güman edilir ki, bu iyunun 23-24-də Daşkənddə keçirilməsi nəzərdə tutulan Şanxay Əməkdaşlıq Təşkilatının sammiti ilə əlaqədardır.
İyunun 16-dan etibarən Özbəkistanın öz əyalətlərinin sakinləri üçün də Daşkəndə giriş qadağan ediləcək. (virtualaz.org)
İnterpress.az